Modern.az

“Danışıqlarda irəliləyiş var” - Rusiyanın Bakıdakı səfiri

“Danışıqlarda irəliləyiş var” - Rusiyanın Bakıdakı səfiri

Aktual

30 Mart 2022, 12:32

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirdiyi mətbuat konfransında Rusiya və Ukrayna arasındakı danışıqlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, səfir problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib.

 

“Ukraynada xüsusi hərbi əməliyyatlara Donbasda xalqın təhlükəsizliyini təmin etmək, nasizmin qarşısını almaq üçün başladılıb. İki ölkə arasında danışıqlara əsasən mülayimləşə ola bilər. Qeyd edim ki, danışıqlarda müəyyən irəliləyişə nail olunub”, - səfir vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda görüş keçirilib. Danışıqlar 3 saat davam edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı