Modern.az

NATO-dan İstanbul görüşünə reaksiya: “Gəlin, səbirli olaq”

NATO-dan İstanbul görüşünə reaksiya: “Gəlin, səbirli olaq”

Aktual

30 Mart 2022, 12:48

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələrinin qiymətləndirilməsində təmkinli olmaq lazımdır.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 

“Bir gün əvvəl İstanbulda keçirilən danışıqların yekunlarına görə, Rusiya tərəfi Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyəti əhəmiyyətli dərəcədə azaltdığını bəyan edib və sülh müqaviləsinin paraflanması ilə eyni vaxtda Prezidentlər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edilib. Gəlin, bəzi mövqeləri dəyərləndirərkən diqqətli olaq", - Stoltenberq deyib.

 

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı