Modern.az

İranda daha 49 nəfər koronavirusdan öldü

İranda daha 49 nəfər koronavirusdan öldü

Aktual

30 Mart 2022, 13:18

İranda ötən sutka ərzində 2 987 nəfər koronavirusa (COVID-19) yoluxub, 49 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 158 nəfərə, yoluxanların sayı isə 7 159 733 nəfərə çatıb. Virus daşıyıcılarından 1 551 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

İranda indiyədək 6 868 435 nəfər koronavirusdan sağalıb, 49,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 147 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,1 milyon təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı