Modern.az

Novruzda təcili yardıma müraciət edənlər ARTIB

Novruzda təcili yardıma müraciət edənlər ARTIB

Aktual

30 Mart 2022, 15:18

“Novruz bayramı günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gündəlik müraciət sayı 1800-ə çatıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva məlumat verib.

 

O bildirilib ki, bayramdan öncə təcili yardıma gündəlik 1400-1600 müraciət daxil olurdu:

 

“Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı 1700-1800 civarında dəyişirdi. Ümumilikdə tonqal ətrafında xəsarət alanlar barədə müraciətlər olmadı. Lakin axır çərşənbə günü, yəni martın 15-i yanıq xəsarəti alan 3 nəfər təcili yardıma müraciət etmişdi. Bunlar azyaşlı uşaqlar idi. Lakin ciddi xəsarət olmadığına görə, onlara ilkin tibbi yardım göstərilib, yola salındı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV