Modern.az

COVID xəstələri yalnız bu xəstəxanalarda müalicə alır - SİYAHI

COVID xəstələri yalnız bu xəstəxanalarda müalicə alır - SİYAHI

Aktual

30 Mart 2022, 15:54

Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.

 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Bakı-Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.

 

Bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.

 

Rəsmi məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir:

 

"Eyni zamanda, qəbulu planlaşdırılan COVID xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı