Modern.az

“Ukrayna özü qərar verməlidir” - Stoltenberq

“Ukrayna özü qərar verməlidir” - Stoltenberq

Aktual

30 Mart 2022, 16:20

Ukrayna NATO-ya daxil olmaq üçün namizədliyini irəli sürmək və neytral qalmaq məsələsi barədə özü qərar verməlidir.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Le Monde” qəzetinə müsahibəsində deyib.

 

“Biz alyansa üzvlük üçün namizədliyini təklif edib-etməməsindən asılı olmayaraq, suveren və müstəqil millətin bütün qərarlarına hörmətlə yanaşırıq. Həmçinin Ukrayna mümkün neytral statusu ilə bağlı özü qərar verməlidir. Lakin bu, hələ qərar yox, niyyətdir”, - deyə Katib Ukrayna ilə bağlı suallara aydınlıq gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...