Modern.az

Moskva Delyagini Bakıya təhvil verə bilərmi? - ŞƏRH

Moskva Delyagini Bakıya təhvil verə bilərmi? - ŞƏRH

Aktual

30 Mart 2022, 17:18

Azərbaycan Respublikasının Baş Prokurorluğu “Bakını bombalamaq” çağırışı edən rusiyalı deputat Mixail Delyaginə cinayət işi açıb və onu beynəlxalq axtarışa verib.
 

Delyagin Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə - 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci – ittiham olunur. Bu ittihamların ikisi - 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar) və 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə) – Delyaginin Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun olaraq Moskvanın özü tərəfindən cəzlandırılmasını, yaxud Azərbaycana təhvil verilməsini şərtləndirir.

Bəs Moskva Delyagini Bakıya təhvil verə bilərmi?

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, məlum bəyannamənin 11-ci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.


“Delyagin “təcavüzkar müharibəni başlamağa açıq çağırışla” Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərib və Rusiya öz ərazisində buna imkan verməməlidir.

Bəyannamənin 18-ci bəndində tərəflərin terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməsi qeyd olunur. Azərbaycan Delyaginə terrorçuluq fəaliyyəti ilə bağlı cinayət işi açıb və bu, Rusiyanın terrorçunu təhvil verməsini şərtləndirir.

Hərçənd, Rusiyanın bunu edəcəyi inandırıcı görünmür, belə tələb irəli sürsək, bəyannamənin ratifikasiya edilmədiyini əsas gətirə bilərlər.

Bütün hallarda Delyaginin axtarışa verilməsi iki kontekstdə əhəmiyyətlidir:

- Bu, Azərbaycana qarşı eyni təhdidlərlə çıxış etmək istəyən digərlərinə nümunə olacaq;

- Bakı bununla suverenlik və ərazi bütövlüyü məsələsinin qırmızı xətti olduğunu bir daha göstərir”.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı