Modern.az

“Gecə tez-tez oyanıram, yata bilmirəm” - Kuleba

“Gecə tez-tez oyanıram, yata bilmirəm” - Kuleba

Aktual

30 Mart 2022, 17:40

“Pis yatıram, gecə iki-üç dəfə oyanıram”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici mediaya müsahibəsində deyib.

 

“Hava hücumu ilə bağlı gündəlik xəbərdarlıq olur. Təhlükəsizlik səbəbilə hər gün iş yerini dəyişirəm. Bir yerdə bir dəfədən artıq yata bilmirəm”, - deyə Kuleba müharibə dövründəki fəaliyyətindən söz açıb.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Artıq hərbi əməliyyatların 35 günü geridə qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı