Modern.az

Podolyak İstanbul görüşünün nəticələrini AÇIQLADI

Podolyak İstanbul görüşünün nəticələrini AÇIQLADI

Aktual

30 Mart 2022, 20:16

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna və Rusiya arasında danışıqların İstanbul görüşünün nəticələrinin yekununu açıqlayıb.

 

Modern.az xəbər verir ki, Podolyak tviter səhifəsində görüşün nəticəsi olaraq Ukrayna üçün yeni təhlükəsizlik təminatlarının müzakirə etdiyini bildirib.

 

“İstanbul görüşünün nəticəsi olaraq Ukraynanın təhlükəsizliyinin yeni konturunu təmin edən hüquqi təminat verilməlidir (NATO-nun beşinci maddəsinin analoqu). Krım məsələsinin danışıqların gündəliyinə qaytarılması, Ukrayna dövlətçiliyinin həyat qabiliyyətinin sübutu və digər məsələlər müzakirə predmeti olub”, - deyə Podolyak vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı