Modern.az

Metroda qatarların hərəkətində problem yarandı

Metroda qatarların hərəkətində problem yarandı

Aktual

30 Mart 2022, 21:58

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

 

"Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə işə müvafiq işarəvermə siqnalı düşüb. Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib.

 

Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb", - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı