Modern.az

Lerikdə sürüşmə, ev torpaq altında qaldı - FOTO

Lerikdə sürüşmə, ev torpaq altında qaldı - FOTO

Aktual

30 Mart 2022, 22:13

Lerikdə torpaq sürüşməsi olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

 

Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

 

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

 

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı