Modern.az

Güləşçilərimiz Avropa çempionatını 7 medalla başa vurdu

Güləşçilərimiz Avropa çempionatını 7 medalla başa vurdu

Aktual

30 Mart 2022, 22:27

Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 92 kq-da mübarizə aparan idmançı ispaniyalı Damian İqlesias Vilela ilə qarşılaşıb.

 

Rəqibini cəmi 1 dəqiqə 30 saniyəyə tam üstünlüklə (11:0) məğlub edən Nurməhəmmədov Avropa üçüncüsü olub.

 

Beləliklə, sərbəst güləşçilər yarışı ümumilikdə 7 medalla başa vurublar. Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı