Modern.az

PSV-də yeni baş məşqçi təyinatı

PSV-də yeni baş məşqçi təyinatı

Aktual

30 Mart 2022, 22:28

Niderlandın PSV klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Eyndhoven təmsilçisini Ruud van Nistelrooy çalışdıracaq. Qırx beş yaşlı mütəxəssislə üçillik müqavilə imzalanıb.

 

Ruud van Nistelrooy bu postda mövsümün sonunda komandadan ayrılacaq Rojer Şmidti əvəz edəcək.

 

Qeyd edək ki, Ruud van Nistelrooy PSV strukturunda 2016-cı ildən çalışır. Onun aktivində Niderland millisində də iş təcrübəsi var. O, yığmada baş məşqçinin köməkçisi kimi çalışıb. Futbolçu kimi van Nistelroy yerli “Den Boş”, “Herenven”, PSV, İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Hamburq”, İspaniyanın “Real Madrid” və “Malaqa” komandalarının formasını geyinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı