Modern.az

Rusiya qadağan olunmuş minalardan istifadə edib

Rusiya qadağan olunmuş minalardan istifadə edib

Aktual

30 Mart 2022, 23:23

“Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş “POM-3” (Medallion) minalarından istifadə edib”. 

 

Modern.az xəbər verir ki, bu barədə “Human Rights Watch” məlumat yayıb.

 

Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb: “Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş minalara malik olduğu məlumdur”.

 

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri belə minalara və onların daşınması sistemlərinə malik deyil. Diqqətə çatdırılıb ki, istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi “POM-3” minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yaradır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı