Modern.az

Bu gün 18 dərəcə isti olacaq

Bu gün 18 dərəcə isti olacaq

Aktual

31 Mart 2022, 08:00

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı