Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılıblar.
Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülüb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, küçədə digər bir qadının cibindən mobil telefonunu, həmçinin bir evin həyhətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.
Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.