Modern.az

Çavuşğlu Lavrovla Kulebanı yenidən görüşdürəcək

Çavuşğlu Lavrovla Kulebanı yenidən görüşdürəcək

Aktual

31 Mart 2022, 12:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna danışıqlarına dair yeni açıqlama verib.

Modern.az xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, dünən o, rusiyalı və ukraynalı həmkarları Sergey Lavrov və Dmitri Kuleba ilə görüşün təşkili üçün danışıb.

"Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirik. Dünən bu məsələ ilə bağlı Lavrov və Kuleba ilə danışıqlarım olub", - Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində deyib.

“İstanbulda nümayəndə heyətləri arasında danışıqlar zamanı ayaq üstə apardığımız söhbətlərə və tərəflərlə apardığımız danışıqlara əsasən deyə bilərik ki, bu görüşün yaxın iki həftə ərzində keçirilməsi mümkündür”, - deyə nazir əlavə edib.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı