Modern.az

Beynəlxalq konfrans iştirakçıları Ağdamda - FOTOLAR

Beynəlxalq konfrans iştirakçıları Ağdamda - FOTOLAR

Aktual

31 Mart 2022, 11:40

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, səfərdə 30-a yaxın ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan şəxslərdir.

 

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı