Modern.az

Atmosfer çirklənməsi kəskin ARTIB

Atmosfer çirklənməsi kəskin ARTIB

Aktual

31 Mart 2022, 11:50

2021-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalaraq ümumilikdə 880,2 min ton təşkil edib ki, onun da 82,2 faizi və ya 723,5­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Bildirilib ki, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 6,8 faiz artıb. Stasionar mənbələrdən atılan zərərli  tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artıb.

 

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

 

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5 faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı