Modern.az

Avstraliyada helikopter qəzası

Avstraliyada helikopter qəzası

Aktual

31 Mart 2022, 11:30

Avstraliyanın cənub sahilində içərisində dörd sərnişinin olduğu helikopter qəzaya uğrayıb.

 

Modern.az Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, Viktoriya ştatının polis idarəsi hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirir. Əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.

 

Polisin məlumatına görə, helikopter Melburn şəhərindən 80 kilometr şimalda yerləşən Dissapoyntment dağı yaxınlığında radarlardan itib. Qəza zamanı helikopterin göyərtəsində dörd sərnişinin və bir pilotun olduğu ehtimal edilir. Xilasedicilər qəzanın baş verdiyi əraziyə çata bilmədiyi üçün onların aqibətindən hələlik xəbər yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!