Ermənistanın dünən saxlanılan fövqəladə hallar naziri Andranik Piloyana qarşı ittiham irəli sürülüb, onun həbsi üçün vəsatət verilib. İş çərçivəsində 8 nəfər təqsirləndirilən şəxs, daha 10 nəfər şübhəli statusundadır.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənstam Milli Təhılükəsizlik Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda və xüsusilə külli miqdarda rüşvət alma, rüşvət almağa köməklik göstərmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, qanunsuz ödənişlər və s. faktlar aşkarlanıb.
Çoxlu epizodlardan ibarət işin tərkib hissəsi olaraq, fövqəladə hallar naziri Andranik Piloyan, onun müşaviri, həmçinin Fövqəladə Hallar Nazirliyinin 10-dan çox əməkdaşı, o cümlədən müxtəlif idarələrin rəhbərləri ilə bağlı çoxsaylı cinayət faktları müəyyən edilib.
Araşdırma zamanı müəyyən edilib ki, A.Piloyan 2022-ci ildə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edən MMC-nin xeyrinə səlahiyyətləri daxilində hərəkətlər etdiyi üçün müşavirinin vasitəçiliyi ilə külli miqdarda rüşvət alıb. Müşavirin mənzilinə baxış zamanı silah-sursat tapılıb.
A.Piloyana qarşı 311-ci maddənin 3-cü hissəsinin 3-cü bəndi, üç epizod üzrə ittiham irəli sürülüb. Həbs üçün vəsatət verilib.
Daha 8 nəfər barəsində ittiham elan edilib, həbs qətimkan tədbiri seçilib. Fövqəladə Hallar Nazirliyinin 10 əməkdaşı şübhəli şəxs statusundadır, onlar zaminə buraxılıblar.