Modern.az

Putin 134,5 min nəfəri Orduya çağırdı - FƏRMAN

Putin 134,5 min nəfəri Orduya çağırdı - FƏRMAN

Aktual

31 Mart 2022, 12:42

Rusiya prezidenti Vladimir Putin yaz hərbi xidmətinə çağırış haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, 134,5 min nəfər Rusiya Federasiyasının Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılacaq.

Sənəddə qeyd olunur ki, hərbi xidmətə çağırış 2022-ci il aprelin 1-dən aprelin 15-dək həyata keçiriləcək və Rusiya Federasiyasının möhlət hüququ olmayan 18-27 yaş arası vətəndaşları orduya çağırılacaqlar.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynada müharibə aparır. Yeni çağırışçıların müharibəyə göndərilməsi inkar olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı