Modern.az

Paşinyan Əliyevlə qarşıdakı görüşdən danışdı

Paşinyan Əliyevlə qarşıdakı görüşdən danışdı

Aktual

31 Mart 2022, 12:58

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə gözlənilən görüşdən danışıb.

Modern.az-ın məlumatına görə, Nikol Paşinyan martın 31-də hökumətin iclasında deyib ki, o, həmin görüşdə sülh danışıqları prosesinin başlanması ilə bağlı bütün məsələləri müzakirə edib razılaşdırmağa ümid edir.


Paşinyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə, eləcə də Qarabağda vəziyyətin sabitləşdirilməsi ilə bağlı təkliflərə sadiqdir. Onun sözlərinə görə, sözügedən ərazilərdə həm silahlı, həm də psixoloji təxribatlara son qoyulmalıdır.


Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı