Modern.az

Türkiyə İsrailə səfir GÖNDƏRƏCƏK

Türkiyə İsrailə səfir GÖNDƏRƏCƏK

Aktual

31 Mart 2022, 12:50

May ayının ortalarında İsrailin Baş naziri Naftali Bennet Türkiyəyə səfər edəcək. Səfər zamanı İsrailə səfir təyinatı ilə bağlı qərar veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A haber” telekanalına müsahibəsində bildirib.

 

Fələstinin İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasını istədiyini deyən Çavuşoğlu “onlar da bilirlər ki, İsraillə dialoq aparsaq, bu problemin həlli istiqamətində Türkiyə ciddi səylər göstərəcək. Biz iki dövlətli həll üçün üzərimizə düşəni yerinə yetirməyə davam edəcəyik”, - qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı