Azərbaycan dost Polşa ilə əlaqələrə ciddi önəm verir. Biz bu il diplomatik münasibətlərin 30 illiyini qeyd edirik.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın XİN başçısı Zbiqnev Rau ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Yol xəritəsinə uygun olaraq strateji əməkdaşlığımızın ilk iclası fevralda Polşada keçirilib. Bu sahələrə turizm, kənd təsərrüfatı, iqtisadi, siyasi əlaqələr aiddir. Tərəflər arasında razılaşmaya görə, may ayında Varşava-Bakı aviareysləri açılacaq",- deyə nazir bildirib.