Modern.az

“Danışıqların böyük hissəsi Ukrayna ilə bağlıdır” – Ceyhun Bayramov

“Danışıqların böyük hissəsi Ukrayna ilə bağlıdır” – Ceyhun Bayramov

Aktual

31 Mart 2022, 13:24

Polşanın ATƏT-dəki sədrliyi çox çətin dövrə təsadüf edir. Bu gün Ukrayna ilə bağlı addımlar atılır ki, vəziyyət tez bir zamanda düzəlsin.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın XİN başçısı Zbiqnev Rau ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

"Bu gün danışıqlarımızın böyük hissəsi Ukrayna ilə bağlı idi. Eyni zamanda humanitar yardım məsələsi müzakirə olundu. 4000 minə yaxın vətəndaşımız Ukraynadan Polşa üzərindən təxliyə edilib. Ona görə də həmkarıma təşəkkür edirəm",- deyə nazir bildirib.

 

XİN başçısı, həmçinin qeyd edib: "Uzun müddət Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda qalıb. Görüşdə BMT qətnamələri müzakirə olundu. Bu gün görüşümüz, eyni zamanda azərbaycanlıların soyqırımı gününə təsadüf edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı