“Postmünaqişə dövründə görüləcək işlər vacibdir. Burada əsas məsələ mina təmizləmə işləridir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı Ermənistandan pozitiv rəylər alındığını diqqətə çatdırıb:
“Bu gün Ermənistanla sülh üçün şərait yaradılıb. Azərbaycan tərəfi cavab gözləyir. Eyni zamanda son zamanlar pozitiv rəylər alırıq. Biz bunu görürük, ümid edirik ki, Ermənistan real addım atacaq və nəticəsini görəcəyik”.