“Polşanın Azərbaycanla çox güclü əlaqələri var. Biz narahatıq ki, hələ də regionda təhlükəsizlik məsələsi kövrək olaraq qalır”.
Modern.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Azərbaycanın XİN başçısı Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
“Rusiyanın Ukraynaya gözlənilməz hücumu ATƏT-in mövcudluğuna təhlükədir. Eyni zamanda, ATƏT Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə töhfə vermək istəyir. Mən həm Bakıda, həm də İrəvanda nümayəndələri çağıracam ki, tərəflər razılığa gəlsinlər. Bizim bu sahədə təcrübəmiz var. ATƏT, eyni zamanda demarkasiya məsələsinə də töhfə verə bilər”, - deyə ATƏT sədri vurğulayıb.