Modern.az

Həbsdə olan Ata Abdullayevdən yeni XƏBƏR VAR 

Həbsdə olan Ata Abdullayevdən yeni XƏBƏR VAR 

Aktual

31 Mart 2022, 13:45

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Telman Abdıyev deyib.

 

Onun sözlərinə görə, müvəkkili cəzasını Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkəcək.

 

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı