Modern.az

“Erməni silahlıları Qarabağdan çıxarılmalıdır” - Ərdoğan

“Erməni silahlıları Qarabağdan çıxarılmalıdır” - Ərdoğan

Aktual

31 Mart 2022, 15:22

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına əməl edir. Qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara cavab vermək lazımdır. Erməni birləşmələr Azərbaycan ərazisindən çıxarılmalıdır”.
 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən jurnalistlərin suallarına cavab verərkən deyib.
 

“Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlılarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilməlidir”, - dövlət başçısı bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı