Modern.az

FIFA Rusiyanın üzvlüyünü dayandırmadı

FIFA Rusiyanın üzvlüyünü dayandırmadı

Aktual

31 Mart 2022, 15:50

FIFA Rusiya Futbol İttifaqının (RFİ) üzvlüyünün dayandırılması məsələsinə baxmayıb.

 

Modern.az-ın məlumatına görə, bu gün Dohada keçirilən Konqresdə RFİ ilə bağlı radikal qərar verilməyib.

 

İttifaqın üzvlükdən çıxarılması barədə öncədən söz-söhbət yayılsa da, ali futbol qurumu bu məsələni gündəliyinə salmayıb. FIFA Konqresi səs çoxluğu ilə üç milli federasiyanın - Pakistan, Zimbabve və Keniyanın müxtəlif qanun pozuntularına görə üzvlüyünün dayandırılmasına qərar verib.

 

Qeyd edək ki, daha əvvəl FIFA və UEFA birgə bəyanat yayaraq, Rusiya yığmalarının və klublarının beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı