Modern.az

Məktəbdəki uçqunda ölənlərin FOTOLARI

Məktəbdəki uçqunda ölənlərin FOTOLARI

Aktual

31 Mart 2022, 23:58

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının, Babək rayonu Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsi uçub.

 

Modern.az xəbər verir ki, uçqun nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Dağıntılar arasından daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

 

Həlak olan şəxslərin adları:


- 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 


- 1972-ci il təvəllüdlü Həsən Əliyev,


-  1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,


- 1988-ci il təvəllüdlü Asəf Rüstəmov

 

Məktəbdəki uçqunda həyatını itirən şəxslərin fotolarını təqdim edirik.

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı