Modern.az

Rusiya neft bazasındakı yanğının SƏBƏBİ

Rusiya neft bazasındakı yanğının SƏBƏBİ

Aktual

1 Aprel 2022, 09:02

Rusiyanın neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Belqorod vilayətininin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.

 

Yanğın zamanı tələfatın olmadığını bildirən Qladkov bildirib ki, neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. 

 

Qeyd edək ki, hadisə Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...