Modern.az

ÜST COVID-in aktiv ştamlarını açıqlayıb

ÜST COVID-in aktiv ştamlarını açıqlayıb

Aktual

1 Aprel 2022, 09:06

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Omicron" və "Delta" ştamlarını narahatlıq doğuran "hazırda dövriyyədə olan" koronavirus variantları qrupuna, "alfa", "beta" və "qamma" isə "əvvəllər dövriyyədə olan" ştamlar qrupuna daxil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildiriblər.

 

Qeyd olunub ki, iki qrupa bölünməsi onunla bağlıdır ki, "alfa", "beta" və "qamma" ştamlarına indi olduqca nadir hallarda rast gəlinir.

 

 

"Son altı ayda narahatlıq doğuran "alfa", "beta" və "qamma" variantlarının dövriyyəsində ​​əhəmiyyətli azalma müşahidə olunub", - deyə ÜST-nin baş qərargahı bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar