Modern.az

Bakıda yanğın

Bakıda yanğın

Aktual

1 Aprel 2022, 09:42

Bakıda ofis və mağazalarda yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb.

 

Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb.

 

Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!