Modern.az

Bakı meriyasından vətəndaşlara MÜRACİƏT

Bakı meriyasından vətəndaşlara MÜRACİƏT

Aktual

1 Aprel 2022, 10:04

Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprel ayının 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.

 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, daxili iməclik zamanı prospekt və küçələr, səki  kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri  görüləcək.

 

"Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir. Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı