Modern.az

İndiyədək 55 mindən çox mina zərərsizləşdirilib

İndiyədək 55 mindən çox mina zərərsizləşdirilib

Aktual

1 Aprel 2022, 10:12

10 noyabrdan bu günədək 25 min hektardan çox ərazi minalardan təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu ANAMA-nın sədri Vüqar Süleymanov Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman deyib.

 

V.Süleymanov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsi minalarla çirklənməsinə görə dünyada ilk pillələrdədir və problemin miqyasına uyğun olaraq post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prioritet olaraq dayanır.

 

“Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə geniş işlər görülür”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı