Modern.az

“TURKOVAC"ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək  

“TURKOVAC

Aktual

1 Aprel 2022, 10:50

“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzindən APA-ya verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq:

 

"Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”.

 

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı