Modern.az

Ermənistanın keçmiş polis rəisi Moskvaya QAÇDI

Ermənistanın keçmiş polis rəisi Moskvaya QAÇDI

Aktual

1 Aprel 2022, 11:51

Ermənistanın keçmiş polis rəisi, cinayət işi üzrə korrupsiyada ittiham olunan Vladimir Qasparyan ölkəni tərk edib.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

 

Sabiq polis rəisinə eyni anda bir neçə maddə üzrə - “çirkli pulların yuyulması”, “mənimsəmə və ya israf etmə”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, 4 milyon dolları “yuyub”.

 

"Qasparyan ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüb, lakin yanvar ayında ona məlumat verilib ki, baş prokurorun tapşırığı ilə iş əlavə istintaqa göndərilib. Eyni zamanda məhkəmədə onun barəsində başqa işə baxılır. Lakin bu, onun ölkəni tərk etməsinə mane olmadı”, - qəzet yazır.

 

Nəşrin məlumatına görə, Qasparyan Moskvadadır. Qəzetə Baş Prokurorluqdan bildirilib ki, məhkəmə Qasparyanın xaricə müalicə üçün getməsinə icazə verilməsi ilə bağlı vəkillərinin vəsatətini təmin edib. Prokurorluq buna qarşı çıxıb, amma məhkəmə yenə də icazə verib.

 

Bundan əvvəl Ermənistan Baş Prokurorluğu keçmiş polis rəisi Vladimir Qasparyan və ailəsinin qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə olunması üçün məhkəməyə müraciət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı