Modern.az

Ukraynalı ekspert: Hərəkət var, irəliləyiş yoxdur!

Ukraynalı ekspert: Hərəkət var, irəliləyiş yoxdur!

Aktual

1 Aprel 2022, 12:21

“Müharibə hələ bitməyib, döyüşlər davam edir. Çünki Rusiya qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib”

Bunu Modern.az-a ukraynalı politoloq Oleq Starikov İstanbul danışıqlarının nəticələrini şərh edərkən deyib.

Onun fikrincə, Rusiya istəyinə nail olana qədər hərbi əməliyyatları davam etdirəcək:

“Ukraynada müharibə gedir, döyüşlər səngiməyib. Çünki Rusiya istədiyinə nail olmayıb. Moskva məqsədlərinə nail olana qədər danışıqların mənası yoxdur. Ukraynanın neytral və qeyri-nüvə statusu ilə bağlı göndərdiyi təklif danışıqları “ölü nöqtə”dən çıxaracaq.

İndi sual yaranır ki, bütün təklifləri Ukraynanın mövcud qanunvericiliyinə necə tətbiq etmək olar və Ukrayna Ali Şurasının hazırkı tərkibi onlara səs verəcəkmi?

Buna görə də, 2000-ci ilin əvvəllərində "DMB" kult filminin qəhrəmanlarından birinin  dediyi kimi: “Hərəkət var - irəliləyiş yoxdur!”.

Rusiya və Ukrayna prezidentlərinin gözlənilən görüşünə gəlincə, hərbi ekspert gözləntilərinin müsbət olmadığını söyləyib.

“Hələlik prezidentlərin görüşünün perspektivini görmürəm, çünki Rusiya prezidentinin sözçüsü Dmitri Peskov və xarişi işlər naziri Sergey Lavrovun davamlı olaraq çıxışlarından məlum olur ki, Kreml görüşlərdə heç bir məna görmür. Bu isə ondan xəbər verir ki, hər şey döyüş meydanında həll olunacaq”, – ekspert vurğulayıb.

Qeyd edək ki, martın 29-da Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində görüşü keçirilib. Danışıqlar 3 saat davam edib. Rəsmi Kiyev İstanbul danışıqlarında Rusiyaya öz təkliflərini çatdırıb. Ümumilikdə bu görüşün nəticələri hər iki tərəfdən müsbət qiymətləndirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı