Modern.az

Sabah 29 dərəcə isti olacaq

Sabah 29 dərəcə isti olacaq

Aktual

1 Aprel 2022, 12:34

Aprelin 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı