Modern.az

Lukaşenko Putinlə Ukraynanı müzakirə etdi

Lukaşenko Putinlə Ukraynanı müzakirə etdi

Aktual

1 Aprel 2022, 15:57

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin cümə günü telefonla Ukrayna ətrafındakı vəziyyəti, həmçinin Minsk və Moskva arasında münasibətlərin inkişafını müzakirə ediblər.

Modern.az BELTA agentliyinə istinadən xəbər verir ki, Lukaşenko və Putinin danışığı zamanı Ukrayna ətrafındakı  vəziyyət ayrıca söhbət mövzusu olub.

Söhbət zamanı liderlər digər qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.

Prezidentlər qarşıdan gələn bayram - Belarus və Rusiya Xalqlarının Birlik Günü münasibətilə də bir-birlərini təbrik ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı