Modern.az

Xütbə zamanı təxribata əl atan "İmam Mehdi" imiş

Xütbə zamanı təxribata əl atan

Aktual

1 Aprel 2022, 16:19

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənlinin cümə xütbəsi zamanı xoşagəlməz hadisə yaşanıb. 

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hacı Şahinin baş verənlər barədə bunları deyib:

 

"Xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başladı. Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirib”.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs ərazi üzrə müvafiq polis bölməsinə dəvət edilib, hazırda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı