Modern.az

Spiker Özbəkistanda Müstəqillik abidəsini ziyarət edib

Spiker Özbəkistanda Müstəqillik abidəsini ziyarət edib

Aktual

1 Aprel 2022, 18:12

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 1-də Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edib.

Modern.az xəbər verir ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyətinə park kompleksi və burada görülmüş işlər haqqında məlumat verilib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri kompleksdə yaradılmış və Özbəkistanın tarixi şəxsiyyətlərinə həsr olunmuş panno ilə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...