Modern.az

İki güləşçimiz ermənilərə qalib gəlib finala çıxdı

İki güləşçimiz ermənilərə qalib gəlib finala çıxdı

Aktual

1 Aprel 2022, 19:29

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.

 

Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

 

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib. Belə ki, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb. O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda 3:1 hesabı ilə qələbə qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı