Modern.az

“Sərəncamı mətbuatdan oxudum” – Vahid Əhmədov

“Sərəncamı mətbuatdan oxudum” – Vahid Əhmədov

Aktual

1 Aprel 2022, 21:10

"Təltif olunmağım barədə sərəncamı mətbuatdan oxudum".

 

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən deputat Vahid Əhmədov deyib.

 

O, Prezident İlham Əliyevə təşəkkür etdiyini bildirib:

 

"Sərəncamı mətbuatdan oxudum. Dövlət başçısına fəaliyyətimə verdiyi qiymətə görə minnətdaram".

 

Qeyd edək ki, Prezidentin bu gün imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...