Modern.az

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

Aktual

2 Aprel 2022, 00:13

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a verilən məlumata görə, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir. Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.

 

Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

 

Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

 

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

 

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı