"Youtube" platformasında bir milyondan çox insan tərəfindən izlənən cizgi filminin nadinc və hazırcavab qəhrəmanı Masyanya ruslar arasında çox məşhurdur.
Modern.az xəbər verir ki, filmdə prezident Vladimir Putindən bəhs olunan, Ukraynadakı müharibə ilə bağlı şərh verilən epizod həm təriflərə, həm də təhdidlərə səbəb olub.
Qısa zamanda üç milyon baxış toplayan cizgi filmi "Youtube" kanalında paylaşıldıqdan sonra Rusiya hakimiyyəti onun yayımını qadağan edib. Qeyd edilib ki, bu, Rusiya Silahlı Qüvvələrini şöhrətdən salır.