Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, aidiyyəti xidmət sahələrinin məsul şəxslərilə birgə Sol Sahil-Tərtər kanalı adlandırılan ərazidə mövcud olan və rayonun Qızılhacılı qəsəbəsinin, Xan Qərvənd, Yeniyol, Təklə, Əlirzalı, Ağağı Ballıqaya, Boluslu, Eyvazlılar və Məşədiqaralar kəndlərinin suvarma suyuna olan tələbatını təmin edən hidrotexniki qurğuların cari vəziyyəti və mövcud su ehtiyatları ilə yerində tanış olub.
Bu barədə Modern.az-a Goranboy rayon İcra Hakimiyyətindən bildirilib.
İcra başçısı mövcud su ehtiyyatlarından səmərəli və növbəli istifadə olunması, hidrotexniki qurğuların, su kanal və arxlarının vaxtında təmir və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı, aidiyyəti xidmət sahəsi rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.