Modern.az

Manaf Ağayev vəkilin iddiasını YALANLADI

Manaf Ağayev vəkilin iddiasını YALANLADI

Aktual

2 Aprel 2022, 12:46

Müğənni Manaf Ağayev “Mercedes” markalı avtomobilinin hələ də cərimə meydançasında saxlanılması xəbərlərinə aydınlıq gətirib.

M.Ağayev Modern.az-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Müğənni hazırda həmin avtomobillə yol getdiyini vurğulayıb:

“Yanlış söhbətdir. Elə indi maşınla gedirəm. Araşdırma aparmadan, dəqiqləşdirmədən bu barədə fikirlər səsləndirilib. Həbs olunanda maşınım da saxlanmışdı. Həbsdən sonra maşınım da verildi".

“Dövlətimdən razıyam. Heç bir problemim yoxdur”, - müğənni əlavə edib.

Qeyd edək ki, müğənninin avtomobilinin hələ də cərimə meydançasında olması barədə vəkil Adəm Məmmədov məlumat verib. Vəkil deyib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər: "Manaf Ağayev də qorxusundan səsini çıxartmır".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?